Azərbaycan millisinin daha bir boksçusu beynəlxalq turnirin finalına çıxdı

24-02-2025, 09:20 2 dəfə baxılıb

 

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı finala vəsiqə qazanıb.

 Bilalhəbaşi Nəzərov (51 kq) Andrei Turbureanu (Rumıniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq.
Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə görüşə çıxmayıb.

Beləliklə, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 təmsilçimiz isə turniri bürünc medalla bitirib.

Qeyd edək ki, “Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930