İki güləşçimiz Avropa çempionatının finalına çıxdı - Yenilənib

21-04-2026, 18:17 998 dəfə baxılıb

 

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu gün Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq.


Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.


***


Azərbaycan güləşçiləri Nihat Məmmədli, Həsrət Cəfərov, Qurban Qurbanov AÇ-də yarımfinala vəsiqə əldə ediblər. 


Qeyd edək ki, hər üç idmançı bundan öncəki Avropa çempionatında qızıl medal qazanıb. 


Ruslan Nurullayev, Murad Əhmədiyev isə mübarizəni dayandırıb. 


Xatırladaq ki, yarımfinal matçları saat 18:45-də başlayacaq. 


***


Nihat Məmmədli Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.


60 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda ermənistanlı rəqibi Suren Ağacanyana uduzub.


***


Həsrət Cəfərov Avropa çempionatının finalına yüksəlib.


67 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesablı qalib gələrək finala vəsiqə qazanıb. Onun rəqibi Türkiyə təmsilçisi Murat Fırat olacaq.


***


Qurban Qurbanov Avropa çempionatının finalına yüksəlib.


82 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadze üzərində 2:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031