Şəhid qardaşı şəhid bacısı ilə evləndi

Dünən, 10:14 205 dəfə baxılıb

 

Biləsuvar rayonunda şəhid ailələrini bir araya gətirən əlamətdar hadisə yaşanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

Rayondakı şadlıq saraylarından birində təşkil olunan toy mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Qeyd edək ki, şəhid Ziyarət Hüseynov və şəhid Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30