Türkiyədə deputatın toxunulmazlığı ləğv olunur
Keçmiş CHP-çi deputat Mustafa Sarıgülün deputat toxunulmazlığı götürülür.
Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Ankara Baş Prokurorluğu Ərzincandan deputat seçilmiş Mustafa Sarıgülün deputat toxunulmazlığının ləğvi ilə bağlı ittihamnamə hazırlayıb.
Məlumata görə, toplanmış sübutlarla birg ittiham aktı Ədliyyə Nazirliyinə göndərilib: "Baş Prokurorluq Konstitusiyanın 83-cü maddəsinə uyğun olaraq, çirkli pulların yuyulması, cinayət törətmək üçün təşkilat yaratmaq, uşağa qarşı ardıcıl cinsi istismar, təkrarlanan cinsi təcavüz və 3628 saylı Qanunda müəyyən edildiyi kimi haqsız varlanma, əmlakın gizlədilməsi və ya yayınması ittihamları ilə Mustafa Sarıgülün deputat toxunulmazlığının qaldırılmasını tələb etməyin zəruri olduğunu düşünərək, ittihamnamə hazırlayıb və Ədliyyə Nazirliyinə göndərib."
Xatırladaq ki, Mustafa Sarıgülün övladları, keçmiş arvadı və çoxsaylı yaxınları həbs olunublar.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: