Azərbaycanın gözlədiyi tarixi gün: İrəvandan iki mühüm elan! - AKTUAL

Dünən, 10:13 137 dəfə baxılıb

 

Ermənistanda noyabrın 23-də ölkənin siyasi gələcəyinə və Azərbaycanla münasibətlərinə birbaşa təsir göstərəcək iki mühüm hadisə gözlənilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Melaniya Arutyunyan bu gün mühüm, hətta tarixi hadisələrin gözlənildiyini açıqlayıb.

Onun məlumatına görə, Ermənistanın yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunacaq və Baş nazir Nikol Paşinyan xalqa xüsusi müraciət edəcək.

Eyni zamanda, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə rəsmi başlanıldığı elan olunacaq.

Yeni Konstitusiya layihəsində ən mühüm məsələlərdən biri Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Ermənistan rəsmiləri artıq yeni sənəddə həmin bəyannaməyə istinadın olmayacağını bildiriblər.

Paşinyan noyabrın 20-də parlamentdə çıxışı zamanı yeni Konstitusiya layihəsinin noyabrın 23-də dərc ediləcəyini və bununla əlaqədar xalqa müraciət edəcəyini təsdiqləyib.

Baş nazir həmçinin müxalifətə referendumun keçirilməsi üçün tələb olunan əlavə 6 səsi verməyi təklif edib. O, referendumda yeni Konstitusiya qəbul edilməzsə, nəticələr rəsmən elan olunduqdan sonra bir həftə ərzində istefa verəcəyini bildirib.

Günün ikinci mühüm hadisəsi Zəngəzur dəhlizi ilə bağlıdır. Paşinyan noyabrın 21-də İrəvanda keçirilən DigiTec 2026 konfransında layihənin icrasına başlanmasının noyabrın 23-də rəsmən elan ediləcəyini açıqlayıb.

Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını, avtomobil və dəmir yollarının, eləcə də enerji infrastrukturlarının inkişafını nəzərdə tutur.

Ermənistan hökuməti layihə çərçivəsində Azərbaycan və Türkiyənin elektrik şəbəkələri ilə əlaqələrin qurulmasını da planlaşdırır. musavat



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30