ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirdi

Dünən, 09:20 153 dəfə baxılıb

 

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsində həyatını itirib. 

Yenisirvanli.İnfo.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib. 

Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.

“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin...”, - paylaşımda deyilir.

Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30