Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edildi
Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, Milli Məclisin VII çağırış deputatı Asif Əsgərov 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. Onun 60 yaşı tamam olur.
O, 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Dövlət İdarəçilik Akademiyasını bitirib. Asif Əsgərov müxtəlif illərdə Gənclər, İdman və Turizm Nazirliyində rəhbər vəzifələrdə çalışıb. 2006–2009-cu illərdə Zaqatala, 2009–2015-ci illərdə Səbail, 2015–2024-cü illərdə isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olub. 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkilərində 112 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, eləcə də Gənclər və idman komitələrinin üzvüdür.
Asif Əsgərov elmlər namizədi, idman ustası və Azərbaycanın əməkdar məşqçisidir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: