Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş

18-02-2025, 17:19 8 dəfə baxılıb

 

Azərbaycanlı iş adamı Rauf Bakıyev Polşada müəmmalı şəkildə yoxa çıxıb.

 

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, onun əmisi oğlu Rabit Bakıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Rauf Bakıyev on gündür ki, tapılmır:

 

"Milliyətcə azərbaycanlıyıq, amma Gürcüstan vətəndaşıyıq. Əmioğlu Polşanın Kostrzyn şəhərində yaşayır, orada dönərxana sahibi idi. On gün əvvəl saat 20:00-da bacısı oğlunun yanına gedib, yemək yeyib, sonra evə gəlib. Daha sonra bacısı oğlu zəng edib ki, gəl, bizi də apar, lakin işi olduğunu bildirib, getməyib. Onlar da gəlib Raufu evdə tapmayıblar. Səhərə qədər gözləyiblər, nə zəng çatıb, nə də evə gəlib. Nəhayət polisə müraciət ediblər. Hələ də gözləyirik, amma bizə heç bir məlumat verilmir".

 

Rabit Bakıyev deyib ki, itkin düşmüş qohumu üç ildən çoxdur ki, Polşada yaşayır:

 

"Əvvəlcə düşündük ki, bəlkə kiminləsə ədavəti olub, ona görə başına belə bir iş gəlib. Lakin onu tanıyan hamı ilə söhbət etdik, araşdırma apardıq və aydın oldu ki, heç kimlə problemi olmayıb. Bu baxımdan, şübhələnəcəyimiz kimsə yoxdur".

 

Onun sözlərinə görə, Rauf Bakıyevin şəriki də olub:

 

"O da əslən türkiyəlidir. Onunla bağlı da heç bir problem yoxdur. Hətta özü dəfələrlə bununla bağlı polisə müraciət edib. Hazırda isə obyektə bacısı oğlu nəzarət edir. Düzdür, subay idi, amma valideynləri sağdır və çox narahatdırlar. Hər keçən gün də təbii olaraq bu narahatlıq artır".

 Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930