Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

17-02-2025, 21:08 8 dəfə baxılıb

 

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031