Azərbaycan cüdoçuları Avropa Kubokunda 10 medal qazandı

18-02-2025, 11:22 4 dəfə baxılıb

 

Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıblar.

Medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.

 

Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib, Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.

Qeyd edək ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub.

Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031