Karqo şirkətlərinə xəbərdarlıq edildi

18-02-2025, 12:14 2 dəfə baxılıb

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib...


Yenisirvanli.İnfo.Az  xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciətlərində son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.

Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930