Ukrayna Trampın ərazi güzəştləri ilə bağlı yeni sülh təklifini rədd edib

11-11-2026, 09:56 113 dəfə baxılıb

 

Ukrayna ABŞ-ın müharibənin dayandırılması məqsədilə irəli sürdüyü və Donbasla bağlı ərazi güzəştlərini nəzərdə tutan yeni təklifini qəbul etməyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın sülh danışıqları ilə məşğul olan nümayəndələri tərəflərə kompromis variantı təklif ediblər. Plana əsasən, Rusiya Donbasda cəbhə xətti boyunca tam nəzarət əldə etməli, Ukrayna isə hazırda nəzarətində saxladığı şəhərləri özündə qoruyub saxlamalı idi.

Bildirilir ki, Vaşinqtonun müharibəni dayandırmaq cəhdləri Moskvanın Donetsk və Luqansk vilayətlərində təxminən 5 min kvadratkilometr ərazinin Rusiyaya verilməsi tələbi səbəbindən dalana dirənib. Söhbət Rusiya ordusunun indiyədək ələ keçirə bilmədiyi ərazilərdən gedir.

Əbu-Dabidə keçirilən danışıqlardan əvvəl Donald Tramp müharibədən sonra Ukraynanın “başqa görkəm ala biləcəyini” bildirib. ABŞ rəsmiləri isə Kiyevin qapalı müzakirələrdə ərazi güzəştləri məsələsində müəyyən çeviklik nümayiş etdirdiyinə işarə ediblər.

Lakin danışıqların gedişinə yaxın olan ukraynalı mənbə bu iddiaları təkzib edib. Mənbənin sözlərinə görə, Ukrayna nümayəndə heyəti Rusiyanın işğal etdiyi ərazilərlə bağlı heç bir güzəşti müzakirə etməyib və ölkə bu ərazilərin ilhaqını nə faktiki, nə də hüquqi baxımdan tanıyacaq.

Qeyd edək ki, doqquz aylıq fasilədən sonra noyabrın 10-da Ukrayna və Rusiya nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə üzbəüz danışıqları bərpa ediblər. Görüşdə ABŞ prezidentinin kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin Rusiya ordusunun işğal edə bilmədiyi Donbas ərazilərini hər hansı razılaşma qarşılığında təhvil verməyə hazır olmadığını bildirib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30