Bakıda aptekdən 5 min manatlıq oğurluq edildi

18-02-2025, 16:56 4 dəfə baxılıb

 

Yasamal və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb.

 Yenisirvanli.İnfo.Az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində isə mağazadan 490 manatllıq məhsul oğurlayan 35 yaşlı Z.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930