Bakıda "Formula-1" HƏYƏCANI: Piastri mübarizəni dayandırdı

21-09-2025, 16:27 89 dəfə baxılıb

 


"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının startı "McLaren" komandasının pilotu Oskar Piastri üçün uğursuz alınıb.


Yenisirvanli.info.az xəbər verir ki, təcrübəli sürücü qəflətən idarəetməni itirib və nəticədə, onun bolidi maneəyə çırpılıb.


Beləliklə, hazırda turnir cədvəlinə başçılıq edən avstraliyalı pilot üçün bu yarış erkən bitib.


15:00


"Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, 2 saata yaxın davam edəcək mübarizədə pilotlar öz məharətlərini nümayiş etdirəcəklər.


Qeyd edək ki, hazırda turnir cədvəlinə "McLaren" komandasının pilotları başçılıq edirlər. İlk pillədə 324 xalla avstraliyalı sürücü Oskar Piastri qərarlaşıb. Onun ardınca isə komanda yoldaşı, britaniyalı Lando Norris (293) gəlir. Üçüncü yerdə isə 230 xalla "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031