Bu gün Azərbaycan Qran-prisində son sessiyalar baş tutacaq

21-09-2025, 08:33 73 dəfə baxılıb

 

Bu gün Azərbaycan Qran-prisində son sessiyalar baş tutacaq.


Yenisirvanli.info.az  bildirir ki, bu gün Bakıda 2 sessiyanın keçirilməsi nəzərdə tutulub.


Əvvəlcə saat 12:00-da "Formula-2" seriyasının gənc sürücüləri əsas yarışın startına çıxacaqlar. Saat 15:00-da isə dünyanın ən sürətli pilotları "Formula-1" üzrə dünya çempionatının Azərbaycan mərhələsinin qalibi adı uğrunda mübarizəyə başlayacaqlar.


Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi cümə günü sərbəst yürüşlərlə başlayıb, dünən baş tutan sıralanma turunda start düzümü müəyyən olunub. Tarixin ən uzunmüddətli sessiyasının nəticələrinə görə, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen Bakı yarışında pouldan start almaq hüququ əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031