Müştərisi “Kontakt Home”u məhkəməyə verir – Foto

5-11-2026, 09:20 59 dəfə baxılıb

 

bu barədə Rövşən Fətiyev sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, notbuku alarkən ilkin olaraq 118 manat ödəyib, daha sonra 12 ay müddətinə hər ay 192 manat hissə-hissə ödəniş etməyə başlayıb.

Lakin ödənişlərin 10-cu ayında cihazın ekranında xətlər yaranıb.

Təxminən 10 gün sonra ona cihazda zavod qüsuru olduğu bildirilib və notbukun yenisi ilə əvəzlənəcəyi vəd edilib.

Rövşən Fətiyev qeyd edib ki, sonradan şirkətin Bakı ofisindən və Müştəri Məmnuniyyəti Xidmətindən onunla əlaqə saxlanılıb. Yeni notbuk üçün ondan 131 manat əlavə pul istəyiblər.

Onun iddiasına görə, sonradan yeni notbuk üçün ümumilikdə 2395 manat ödəməli olduğu deyilib. Müştəri razılaşmayıb və notbukun ona qaytarılmasını tələb edib.

Lakin iki aya yaxındır notbukunu geri ala bilmir.

Şikayətçi məsələ ilə bağlı məhkəməyə müraciət etməyi düşündüyünü bildirib.

“Kontakt Home”un mövqeyini dərc etməyə hazırıq.tia.az

 


 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30