"Kontakt Home"da lotereya müəmması: Minlərlə müştəri necə aldadılıb?

24-03-2025, 19:18 456 dəfə baxılıb

 

"Kontakt Home” mağazalar şəbəkəsi (hüquqi adı "ABC Telecom” MMC) əvvəlcədən borucunu ödəyən müştərilərlə bağlı keçirilən lotereya oyununu müəmmalı səbəblərdən təxirə salıb. 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bir neçə aydır "Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə "əvvəlcədən borucunu bağla, Novruz bayramında avtomobil və digər elektorun avadanlıqların udulması üçün lotereyaya qoşul” kompaniyasına start verib. Minlərlə müştəri Novruz bayramı günü keçirilməsi nəzərdə tutulan lotereya oyununa qoşulmaq üçün kredit borclarını ödəyib. 

Amma bayram günü sözügedən lotereya oyunun keçirilməsi müəmmalı səbəblərdən təxirə salınıb. 

Müştərilər isə lotereya oyunun təxirə salınması ilə bağlı "Kontakt Home”la əlaqə saxlayıblar. Mağazanın qaynar xəttindən sözügedən lotereya oyununun nə vaxt keçirilməsi ilə bağlı dəqiq məlumat verilmir. 

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı da "Kontakt Home” mağazalar şəbəkəsinin qaynar xətti ilə əlaqə saxlayıb. Bildirilib ki, oyunun nə vaxt keçiriləcəyi ilə bağlı onlarda da dəqiq məlumat yoxdur: "Səbəbini özümüz də bilmirik. Amma lotereya oyunun yenidən bərpa edilməsi ilə bağlı bizə məlumat verilib”. 

"Kontakt Home”un "Facebook" səhifəsində Elmin Bayandır adlı müştəri də sözügedən oyunun baş tutmamasına görə iradını yazıb və öz etirazını bildirib: "Sizin bir lotereya var idi. Ödənişi bir neçə ay əvvəl ödəyib, sözügedən lotereyaya qoşulurduq. Ödədik və qoşulduq. Hazırda həmin lotereyanın nə izi var, nə tozu. Məlumat mərkəzinin də bundan xəbəri yoxdur. İddia edilir ki, sözügedən lotoreya keçirilib. Amma nəticələri açıqlanmır...”

Qeyd edək ki, "Kontakt Home” mağazalar şəbəsində hər gün gecikdirilən ödənişlərə görə müştərilərdən faiz tutulur. Maraqlısı budur ki, lotereyaya görə əvvəlcədən ödəniş edən müştərilərə "Kontakt Home” rəhbərliyi hansı cəriməni ödəyəcək?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930