Övladına işgəncə verən ananın GÖRÜNTÜLƏRİ - YENİLƏNİB - FOTO

6-03-2025, 10:38 526 dəfə baxılıb

 

Bir neçə gündür ki, doğma anası tərəfindən şiddətə məruz qalan 3 yaşlı qızcığaz Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağındadır.

 Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Mələyə sahib çıxan, öz övladlarından seçməyən, ona lap körpəlikdən sevgi verən, qəyyumluq edən ailə var imiş.

Məlum olub ki, Mələk 3 yaş 8 aylıqdır. 1 yaş 4 aylığından isə Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpə qızcığaza qəyyumluq edir. Cəmilə xanım deyir ki, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, gənc ana övladına baxmaq üçün ailə axtarır. O, uşağın şəklini görür və razılaşır:

Qadın deyir ki, Fatimə Ramazanova yenidən öz övladını Nəsirovlar ailəsinə təhvil verir və ailəyə qəyyumluq verəcəyini vəd edir:

Cəmilə Nəsirova bildirir ki, Fatimə Ramazanova ailəyə yalandan vəd verir, amma qəyyumluq yox. 2024-cü ilin dekabrından yenidən uşağı ailədən alır, bu dəfə isə işgəncə verir.

İndi Nəsirovlar ailəsi balaca Mələyin yolunu səbirsizliklə gözləyir.

-----------------
2025.03.05

Övladına işgəncə verən qadın saxlanılıb, haqqında cinayət işi başlanılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

"Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır",- deyə o əlavə edib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930