Bakıda 9-cu sinif şagirdi özünü 16-cı mərtəbədən atdı – İmtahana görə

18-02-2025, 16:58 7 dəfə baxılıb

 

Bakı şəhəri, Nizami rayonundakı 210 saylı orta məktəbin 9-cu sinif şagirdi özünü yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, buna səbəb onun məktəbdə keçirilən imtahanda aşağı nəticə göstərməsi olub.

Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib etdilər:

“İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır”.

Qeyd edək ki, şagirdin fevralın 15-də özünə qəsd etdiyi bildirilir. İntihar edən şagird rayonlardan birində dəfn edilib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930