Tovuzda dönərdən zəhərlənənlərin sayı 36-ya çatdı

26-06-2025, 10:25 552 dəfə baxılıb

 

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 36 nəfərə çatıb.

***

22:24

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.

***

20:29

Tovuzda dönərdən zəhərlənən digər şəxslərin adları məlum olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məlumata görə zəhərlənənlər 13 yaşlı Qədir Yusofov, 28 yaşlı Səbinə Muradova, 38 yaşlı Şəhanə İsmayılova, 10 yaşlı Dilək Musayeva, 20 yaşlı Nurəddin Məmmədov, 34 yaşlı Suqra Abdullayeva, 16 yaşlı Təhminə Məmmədova və 17 yaşlı Məmmədəli Hacıyevdir.

Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.

***

19:35

Tovuzda dönərdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

***

Bu gün saat 16:55-dən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Lent.az-aTƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

***

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Lent.az-ın məlumatına görə, zəhərlənən şəxslərlər 3 yaşlı Əli Əliyev, 18 yaşlı Aysu Cəfərova, 46 yaşlı Xatirə Musayeva, 17 yaşlı Ruslan Əmiraslanov, 18 yaşlı Rəvan Eyvazov, 12 yaşlı Ramal Eyvazov, 42 yaşlı Daşdəmir Eyvazov, 6 yaşlı Pünhanə Ələkbərli, 9 yaşlı Emil Kərimli, 7 yaşlı Elif Kərimli, 28 yaşlı Şahanə Əliyeva, 19 yaşlı Aygün Hüseynova və daha bir nəfərdir.

***

18 :36

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 13 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər içərisində azyaşlıların da olduğu bildirilir.(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031