Şamaxıda məktəbliləri daşıyan mikroavtobus aşdı: Yaralıların son vəziyyəti açıqlandı

26-04-2025, 13:11 76 dəfə baxılıb

Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 25-i, saat 23:00-da Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar yeddi nəfər (iki qadın cinsli, beş kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.


"Altı nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
Xəsarət alan bir nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***
Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Oxu.Az xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031