Polis gün ərzində 114 nəfəri saxlayıb
Dünən, Sentyabrın 3-də ölkə ərazisində 57 cinayət işi açılıb.
Yenisirvanli.İnfo.Az DİN-nin Mətbuat Xidmətinə istinadla bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Hesabat günündə axtarışda olduğuna görə ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 88-i borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: