Ötən gün 48 cinayətin üstü açılıb

27-03-2025, 10:15 107 dəfə baxılıb

 

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Yaşadığı ünvanı tərk etdiyinə görə, itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 23 qumbara, 32 alışdırıcı, 2 tapança aşkar edərək götürüblər.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031