Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir –VİDEO

12-03-2025, 13:34 362 dəfə baxılıb

 

“Tik Tok” platformasında hesab açaraq psixatrop maddələrin satışını həyata keçirirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, səhifə idarəçiləri əllərində müxtəlif növ vasitələrin olduğunu bildirirlər. Ünvan olaraq da Binəqədi, Keşlə, Əhmədli, Nərimanov və bəzi məkanların adları qeyd edilir. Narkotik maddənin qoyulduğu ərazilər də işarələnir və səhifələrdə paylaşılır.

İstifadəçilərin yazdıqları rəylərə verilən cavablarda çatdırılmanın da mümkün olduğu bildirilir.

Biz də səhifənin mesaj bölməsinə yazaraq məsələnin nə dərəcədə real olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, qiymət məhsuldan asılı olaraq dəyişir. 1 saata da istənilən ünvana çatdırılır.

Daxili İşlər Nazirliyindən bildirildi ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031