Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - Foto

19-05-2026, 15:18 1 354 dəfə baxılıb


Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.


Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930