Göyçayda əməliyyat - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı

4-03-2025, 10:06 110 dəfə baxılıb

 

Göyçayda əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb.

Ondan 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib. 

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Araşdırmalar davam etdirilir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930