Qadını maşınla vurub öldürən sürücü qaçdı

9-01-2026, 10:36 160 dəfə baxılıb

 

Bakıda daha bir şəxs yol qəzasının qurbanı olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə dünən Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanının qarşısında qeydə alınıb.


Belə ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Piyada təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və gecə saatlarında vəfat edib.


Qəzanı törədən sürücünün və avtomobilinin axtarışları həyata keçirilir.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031