“Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında sökdüyü Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli binaların sakinləri ilə məhkəmə çəkişməsi davam edir.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bna sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib ki, onların evlərdən çıxarılması MTK-nın öz qərarı üzrə aparılır, məhkəmənin belə bir qərarı yoxdur:
“Şirkətlə heç bir müqavilə bağlamamışıq. Kirayə haqqımızı da ödəmirlər. Hazırda məhkəmə prosesi davam edir. Evlərimizi yıxırlar. Əşyalarımız yararsız hala salıblar. Məhkəmə qərarı budur ki, şirkət bərpa və geridönüş etməlidir. Amma heç bir qərarı yerinə yetirmirlər. İnsanların evini yıxıblar, suyunu, işığını, qazını kəsiblər, üstəlik qapısız, pəncərəsiz evdə onlara yer vermək istəyirlər. “Kursus-Nizami” MTK bildirir ki, bina tikəndən sonra sizə ev verəcəyəm. Seçim olmalıdır, ya pulu onlardan almalıyıq, ya bizə ev alıb verməlidirlər, ya da gözləməliyik. Biz onlara güvənmirik. Bizim kimi nə qədər sakinin illərdir ki, işi məhkəmələrdədir. Məhkəmənin geridönüş qərarını icra etməyənlər sabah bizə ev verəcəklər? Sakinlərdən neçəsi bu məsələyə görə stress keçirib, infarktdan ölüb. Ümumilikdə, 10 nəfər narazıdır. Qalanlar isə təzyiq yolu ilə razılaşıblar. Evlərimiz tam təmirli evlər idi. İki dəfə zəlzələ gördük, binamıza heç bir zərər dəymədi”.
Sakinlərin sözlərinə görə, bu işləri görənlər “Sədərək Ticarət Mərkəzi”nin sahibi Yusif Qədimbəylinin (Sədərək Yusif) işçiləridir: “Sədərək Yusifin qardaşı Ənvərin övladları da oradadırlar. Hamısı bizimlə əlaqə yaradıblar, danışıqlar aparmışıq. Deyirlər ki, pulumuz yoxdur. Pul vermək istəmirlər. Pulunuz yoxdursa, niyə bina tikirsiniz? Bizi ev-eşiyimizdən ediblər. Bütün orqanlara yazmışıq, məktubların cavabını Nizami Rayon İcra Hakimiyyətində gizlədirlər. Bu işin arxasında Yusif Qədimbəyli, Ənvər Qədimbəyli, Fərid Qədimbəyli dayanır. İşi görənlər isə Yusif Qədimbəylinin işçiləri Anar Süleymanov, Ümidvar İbrahimov, Orxan Həsənov, Etibar Namazov, Nəriman Namazovdur”.
Qeyd: “Kursus” adlı bir neçə şirkət var, məlumatları təqdim edirik:
“Kursus-Nizami” MTK – nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 48, qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynovdur.
“Kursus-Nizami-A” MTK qanuni təmsilçisi Məhəmməd Sahib oğlu Zeynallıdır. Digər məlumatlar eynidir.
“Kursus-Nizami-F” MTK – nizamnamə kapitalı 100 AZN, hüquq ünvanı Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev məhəllə 758-759, mənzil 49, qanuni təmsilçisi Fərid Ənvər oğlu Qədimovdur.
“Kursus-Nəsimi” MTK nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 47, qanuni təmsilçi Yelena Alekseyevna İbrahimovadır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Səhiyyəmiz sağaltmır, öldürür!
Həkimlər Sənan Mehdiyevin həbsinə etiraz edir: “Biz qatil deyilik...”
“Mercedes Benz-Azərbaycan”ın adı qalmaqalda: Dünya mediası sirrin üstün necə açıb?
ABŞ kəşfiyyatı: Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir...
Ölkədə bir daha seçkilərin keçirilməyəcəyini açıqladı
Argentina çempion kimi qarşılandı - Video
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu
“Azeri Light” bahalaşdı
Prezident Britaniyanın yeni Baş nazirini təbrik etdi
ABŞ-nin İrana zərbələri başa çatdı - Yenilənib
“Birlik” Karate Klubunun üzvləri “Olimpiya Ümidləri” beynəlxalq turnirində uğurla çıxış etdi - Fotolar
Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
HƏMAS-ın yeni lideri o oldu
Xəzərdə neft tankeri vuruldu
İordaniyada ABŞ hərbi təyyarələrinə raketlərlə hücum
Bu Tədbirlər Planı təsdiqləndi
İlham Əliyevdən İspaniyaya qələbə təbriki
Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub - 10 ölü
Ötən həftə 15-i azyaşlı olmaqla 55 nəfər xilas edilib
Hörmüz boğazında iki neft tankeri partlayıb
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur! - Video-Yenilənib
Rusiya ordusu Xarkovu vurdu - 4 ölü, 20 yaralı var
Konqoda Ebola qurbanlarının sayı 900-ə çatdı
44 günlük Müharibə qəhrəmanı 44 yaşında
Trampdan müsahibə almışdı, indi ona rəqib olur - Foto
“Azərsilah”ın poliqonunda yanğın oldu
Vurulan gəminin kapitanı dəfn edildi - Fotolar
İranda güclü zəlzələ oldu
İspaniya, yoxsa Argentina? - Dünya çempionu bu gecə bəlli olacaq
Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu - Fotolar
Hindistan özəl orbital raketini orbitə çıxardı - İlk dəfə
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
Tramp onun taktikasını tənqid etdiTramp onun taktikasını tənqid etdi
“Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
“Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
Moskvaya dron hücumu - 26 yaralı
Ərinin qəribə vərdişini paylaşdı - Video
Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - Fotolar
SEPAH-dan ABŞ və Yaxın Şərq ölkələrinə SƏRT XƏBƏRDARLIQ
Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər
Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
Eynicinsli nikahlara icazə vermədi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Neftimiz bir az da bahalaşdı
ABŞ İranı, İran isə qonşu ölkələri vurdu
Azərbaycan UEFA reytinqində ilk pillədə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb – Elmi ARAŞDIRMA
İlber Ortaylının qızı atasının əşyalarını satışa çıxardı - Fotolar
Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 22-yə çatdı
Rafael Ağayevə ağır itki
Bir ildə 22 kilo arıqladı - Fotolar
DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq