Bakıda polisin saxladığı maşından 10 kq narkotik tapıldı

22-11-2025, 17:48 121 dəfə baxılıb

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.


“Yenisirvanli.info.az” xəbər verir ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.


Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.


V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.


Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031