Psixotrop və güclü təsirlə maddələrin olduğu dərman vasitələri aşkarlanıb

22-11-2025, 10:42 115 dəfə baxılıb


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.


Bu barədə "Yenisirvanli.info.az"a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.


Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.


Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8 430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15 070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031