Şəhid Təbriz İbrahimovun əziz xatirəsi Şirvan şəhər 2 Saylı məktəbin kollektivi tərəfindən hörmətlə YAD EDİLİB FOTO / VIDEO

24-05-2025, 14:39 810 dəfə baxılıb

 Şirvan şəhər təhsil ocaqlarında mütəmadi olaraq qəhrəman Şəhidlərimizin əziz Xatirəsi hörmətlə yad edilir, haqqında əbədi-bədi yaradıcılıq kompozisiya günləri keçirilir.

Şirvan şəhər 2 Saylı tam orta məhkətinin rəhbərliyi, müəllim və şagird heyəti ənənəyə sadiq qalaraq bu dəfə Salyanın qəhrəman övladı, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhid Təbriz İsmayılovun məzarını ziyarət edib, haqqında xoş xatirələrini bölüşüblər.

Təbriz İbrahimov haqqında nələri bilirik?

Təbriz İsmayıl oğlu İbrahimov — Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərindən biridir. O, 8 oktyabr 1992-ci ildə Azərbaycanın Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açıb.

Uşaqlıq və yeniyetməlik illəri doğulduğu kənddə keçmiş, burada orta təhsilini başa vurmuşdur. Gənc yaşlarından vətənpərvər ruhda böyüyən Təbriz, hərbi xidmətə böyük məsuliyyət və şərəf hissi ilə yanaşmış, çağırış əsasında Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə yollanmışdır.

Xidmətini başa vurduqdan sonra ordu sıralarında qalaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətinə davam etmişdir. O, təkcə hərbi vəzifəsini yerinə yetirməklə kifayətlənməyib, həm də hərbi disiplinə, vətənə bağlılığı və əqidəsi ilə komandirləri və silahdaşları arasında dərin hörmət qazanmışdır.

2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumlarına cavab olaraq başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün ön cəbhəyə yollanmışdır. Müharibənin ilk günlərindən etibarən döyüşlərin ən qaynar nöqtələrindən birində — Ağdərə istiqamətində vuruşmuşdur. Sentyabrın 28-də, döyüş zamanı mina partlayışı nəticəsində ayağından ağır şəkildə yaralanmış, bu barədə ailəsinə telefonla məlumat verməyə müvəffəq olmuşdur. Telefon danışığında neytral zonada, dərənin dibində yaralı vəziyyətdə olduğunu, çox qan itirdiyini və vəziyyətinin ağır olduğunu bildirmişdir. Bu, ailəsi ilə onun arasında sonuncu əlaqə olmuşdur.

Daha sonra ondan heç bir xəbər alınmamış və Təbriz İbrahimov rəsmi olaraq itkin düşmüş sayılmışdır. Ailəsi və yaxınları aylarla onun sağ tapılması ümidi ilə yaşasalar da, 9 ay sonra — 2021-ci ilin may ayında onun nəşi (cəsədi) tapılmışdır.

Aparılmış genetik ekspertizadan sonra şəxsiyyəti müəyyən olunmuş və iyunun əvvəlində Bakı şəhərindəki II Fəxri Xiyabanda izdihamla dəfn edilmişdir. Dəfn mərasimində dövlət rəsmiləri, hərbçilər, ailəsi və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Təbriz İbrahimovun qəhrəmanlığı və şəhidliyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Bu medal, onun Vətən qarşısındakı xidmətlərinin, fədakarlığının və igidliyinin rəsmi tanınmasıdır.

Şəhidimizin bacısı Aidə xanım İbrahimova tanınmış pedaqoqdur. O, Şirvan şəhəri 2 Sayylı tam orta məktəbdə çalışır. Hazırda 6 B sinfinin rəhbəridir. Şagirdlərini vətənpərvər ruhda tərbiyə etməklə yanaşı, onların cəmiyyətdə lazımi vətəndaş kimi formalaşmasında xüsusi səy göstərir.

Təbriz İbrahimovun həyatı və qəhrəmanlığı bu gün gənclər üçün bir nümunə, xalqımız üçün isə qürur mənbəyidir. O, Azərbaycanın azadlığı, suverenliyi və torpaqlarının bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullardan biri kimi tarixə düşmüşdür. Onun adı daim hörmət və ehtiramla anılacaq, igidliyi yaddaşlardan silinməyəcək.!












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031