Gəncədə piyadaların vurulması ilə nəticələnən avtoqəzanın TƏFƏRRÜATI
Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Yenisirvanli.info.az -ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 20-də Gəncə şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Günel Abbasovanın idarə etdiyi "Chevrolet" markalı avtomobil, 1993-cü il təvəllüdlü Sərxan Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində idarəetmədən çıxan "Hyundai" isə piyada zolağında olan piyadaları vurub.
Faktla bağlı araşdırma aparılır.
10:29
Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Yenisirvanli.info.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə sentyabrın 9-u, saat 20:50-dən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə səkkiz nəfər (yeddi qadın, bir kişi cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeddi nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: