Kişi onunla kobud danışan arvadını döyərək məhkəməlik oldu - HÖKM

15-08-2025, 10:37 360 dəfə baxılıb

 

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zaman Bəkirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 25 iyul 2025-ci il tarixdə, saat 22:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Zaman Bəkirzadə yaşadıqları evlərinin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş Həmayə Bəkirzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının onunla kobud danışması olub. Bu zaman Zaman qəsdən təpiklə zərərçəkmiş şəxsin ayaq nahiyəsindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Zaman Bəkirzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Həmayə Bəkirzadə təqsirləndirilən şəxslə hazırda onunla barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031