Kişi onu söyən arvadını döydü

21-04-2025, 10:44 51 dəfə baxılıb

 

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qismət Abdullayevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1200 manat miqdarında cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 01 aprel 2025-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Qismət Abdullayev yaşadığı evin qonaq otağında qeyri-rəsmi arvadı, zərərçəkmiş Qənirə Məmmədova (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının ona qarşı nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üz nahiyəsindən bir neçə dəfə vuraraq, ona yüngül zərər yetirib. Hadisədən sonra Qismət Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Pravda.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930