Şəkidə söyüş QANLI DAVA ilə bitdi: Həmkəndlisini ÜRƏYİNDƏN BIÇAQLADI

30-07-2025, 13:07 82 dəfə baxılıb

Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə voleybol oyunu zamanı işlədilən təhqiramiz ifadələrə görə olub.

Belə ki, Baş Göynük kənd sakini Paşa Yusibovun evinin yaxınlığında voleybol meydançası olub və kənd sakinləri vaxtaşırı həmin meydançada voleybol oynayırmış. İyulun 29-da axşam saatlarında kənd sakinləri həmin meydançada voleybol oynayarkən kənd sakini Dəyanət Həşimov söyüş söyüb. Söyüşü eşidən P.Yusibov evindən çıxaraq meydançaya gəlib və onlara söyüş söyməməyi tapşırıb. Nəticədə Dəyanət Həşimov və Bünyad Babazadə P.Yusibovla mübahisə ediblər, ardınca onu döyüblər.

Evinə qayıdan P.Yusibov yaşadığı mənzildən bıçaq götürüb, hadisə yerinə qayıdıb. O, ilk olaraq D.Həşimovu ürəyindən bıçaqlayıb. Daha sonra isə o, B.Babazadəni bıçaqlayıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031