Şəki rayonun Baş Göynük kəndindən redaksiyamıza verilən məlumatdan aydın olur ki, 1950-ci ildə “Qafqaz” kolxozu dövründə kənd camaatının iməciliklə tikib istifadəyə verdiyi kənd klubu 2016-cı ildə naməlum səbəbdən yanmışdır.
Yanğının hansı səbəbdən baş verməsi də indiyədək sakinlər üçün müəmmalı olaraq qalmaqdadır. Çünki yanğın baş verən zaman klubda işıq və qaz xətti olmamışdır. Əsas məsələ isə son 9 il ərzində Şəki Mədəniyyət İdarəsinin balansında fəaliyyət göstərən “Mədəniyyət evi” adlanan və ( hazırda “Sənətkarlar evi” kimi) fəaliyyət göstərən 300 kv m sahəsi olan klub binası hələ də təmir edilməmişdir. Doğrudur, hadisəsdən 1 il sonra, yəni 2017-ci ildə Bakıdan gəlmiş və özlərini Mədəniyyət Nazirliyinin işçiləri kimi təqdim edən 4 nəfər rəsmi şəxs yanmış “Mədəniyyət evi”nə baxış keçirmiş və yerli əhaliyə də söz vermişlər ki, biz bu məsləni nazirlikdə qaldıracağıq və tezliklə də sizin “mədəniyyət evi”niz daha gözəl və müasir formada bərpa edilərək yenidən kənd sakinlərinin istifadəsinə veriləcəkdir. Kasıb camaat da MN-nin rəsmi qonaqlarına yaxşıca süfrə açıb sonra yola salmışlar. Aradan 9 il keçsə də hələ də Mədəniyyət Nazirliyindən, ya da Şəki-Zaqatala Regional Mədəniyyət idarəsi rəhbərliyi tərəfindən 10000 əhalisi olan, 4000 illik qədim tarixi kəndin mədəniyyət ocağının bərpası məsləsilə maraqlanmamışlar. Yerli sakinlərin sözlərinə görə, “divarının qalınlığı 70 sm olan bu binanın bərpası üçün o qədər də xərc tələb edilmir. Yerli tikinti materiallarından istifadə etməklə də binanın bərpası mümkündür. Təki, Mədəniyyət Nazirliyi cəmi 20-30 min manat pul vəsaiti ayırsa kifayətdir. Biz özümüz babalarımız kimi bu tarixi binanı yenidən olduğu kimi bərpa edə bilərik”.
Biz Baş Göynük kəndinin son 300 illik tarixinə nəzər yetirdikdə məlum olur ki, burada yaşayan insanlar heç bir qorxu-hürkü bilməyən, cəsarətli , mübariz və çox mərd olublar. Belə ki, 1734-cü ildə Şəki-Qax yolunun 21-ci km-də yerləşən Biləcik kəndi yaxınlığında fəaliyyət göstərən Nadir şahin 100 nəfərdən ibarət töycü yığan dəstəsinin yerli sakinlərə qarşı tətbiq etdikləri zülmlərə qarşı üsyan qaldıraraq bir gecədə onların hamısını fiziki olaraq məhv etmişlər. 1807-ci ildə Baş Göynük kəndinə rəhbərlik edən sərkərdə Sultan Murad yüzbaşı 2 il Çar Rusiyası İmperiyası Şəki xanlığına təyin etdiyi Cəfərqulu xana itaət etməkdən imtina etmişlər. Xanın ilisudan götürdüyü 1100 nəfərlik suvari dəstəsi və mobil toplardan ibarət dəstəsi üsyançıların üsyanını 3 gün döyüşdən sonra yatırmışlar. 1930-cu ilin aprelin 13-də Sovet İmperiyasınn zonadakı ( Balakəndən Ağdaş-Qəbələyədək) hakimiyyətini devirmiş yeni hökumət formalaşdırmışlar. Tarixə “Şəki üsyanı” kimi daxil olmuş bu üsyanı da Stalinin göstərişi əsasında amanzızlıqla yatırmışlar.
Budur, bu gün fakt bundan ibarətdir ki, İran, Çar Rusiyası və Sovet İmperiyalarına qarşı təkbaşına mübarizə aparmış Baş Göynük kənd sakinləri adicə bir “mədəniyyət evi”ndən məhrum edilmişdir. Bu sadəcə Mədəniyyət Nazirliyi rəhbərliyinin yerli sakinlərə qarşı sərgilədiyi hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir. Bəli, biz redaksiya olaraq dəflərlə Şəki Mədəniyyət İdarəsində istər satınalmalarla bağlı, istər təmir-tikinti işlərinə ayrılan vəsaitlərin necə xərclənməsilə bağlı silsilə araşdırma məqalələr yazmışıq. Xatırladaq ki, MN-yi dövlət büdcəsindən ona ayrılan illik vəsaitin təxminən 20 milyon manatı da Şəki Regional Mədəniyyət İdarəsinə ayırır. Bəs bu vəsaitdən heç olmasa ilkin olaraq region müdiri 20 000 manat da Baş Göynük kəndində fəaliyyət göstərən “Sənətkarlar evi” nin binasının təmirinə ayıra bilməzmi? Bilər. Təbii ki, əgər maraq olsa. Bəs bu pulların əsas hissəsi hara xərclənir? Şəki və digər rayon mərkəzlərində yerləşən musiqi məktəblərinin hər il təkrar təkrar təmir işlərinə.
Qeyd edək ki, müəyyən vaxtlarda ölkəmizin hər yerində olduğu kimi Baş Göynük kəndində də prezident, deputat, bələdiyyə seçkiləri keçirilir. Məlum olduğu kimi bu seçkilərdə namizədlər təbliğat-təşviqat kompaniyalarını müəyyən klublarda, mədənəyyət evlərində keçiririlər. Bu əvvəllər Baş Göynük kəndində də belə olub. Lakin son 9 ildir, istər prezident seçkiləri, istərsə də deputat seçkilərində hava şəraitindən asılı olmayaraq təbliğat kompaniyalarını kəndin küçələrində keçirirlər. Bütün bunlar rayon İcra Hakimiyyəti rəsmilərininin, rayon ictimaiyyətinin gözləri qarşısında olur. Lakin təəssüflər olsun nə rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi bu problemin aradan qalxmasına səy göstərmir.(aktualinfo.org)
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Ağdamlıların evi tikilir:Turizm mərkəzinə çevriləcək Ağdamdan REPORTAJ
Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
Erməni milli ideyasının sonu – Ermənistanı xəritədən siləcək tutarlı səbəblər...
Orqan alqı-satqısında hüquqi məsuliyyət kimin üzərinə düşür? - HÜQUQŞÜNAS DANIŞDI
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO
Azərbaycan XİN Çilini təbrik etdi
Azərbaycanda toy qaydaları dəyişir? – Qonaq sayı və vaxt limiti…
"Formula 1" yarışı: Bakıda məhdudiyyət qoyulacaq yolların siyahısı açıqlanıb
Bu gün Robert Köçəryan məhkəmə qarşısına çıxarılacaq
Rusiyada seçkilər başladı
“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
Ukraynada kütləvi antikorrupsiya auditinə başlanılır
Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Azərbaycanda internet tarifləri dəyişir - 25 manat olacaq
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Zaqatalada kişi meyiti aşkarlanıb
Putinin böyük arzusu: ABŞ və Çinlə “Böyük üçlük” sammiti keçirmək...
Prezidentdən toplantı iştirakçılarına – Müraciət
Azərbaycanda əhali sayı artıb
Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video
Alla Axundova vəfat etdi – FOTO
Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Avroliqa həyacanı davamn edir: “Beşiktaş” və “Yuventus” meydana çıxır
Ata 2 yaşlı oğlunu döyüb, komaya saldı - Həbs olundu
1.5 milyon manatdan çox vergi borcu olan "KƏPƏZ 22" MMC kimindir?
Nazirlərlə bağlı maraqlı MƏLUMAT yayıldı - Bu günə qədər bilinmirdi
Kirayə qaldığı evdə otaq yoldaşını kürəyindən bıçaqladı, 7 il həbs cəzası aldı
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Əmrullayevə SƏRT sözlər: “Bu problemləri kim həll etməlidir?”
Bu rayonlarda icra başçısı yoxdur - Siyahı
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
264 nömrəli məktəbdəki skandal araşdırılır
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Daha bir rus generalı həlak olub
Valyuta məzənnələri dəyişdi: Bu pullar bahalaşdı
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
Türkiyə və Almaniya İrana uçuşları DAYANDIRDI
İşdən çıxarılan icra başçısı məşhur şəxsin qardaşıdır
Prezidentə verilən 500 min dollar Qarabağa yönəldildi
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Nazirdən Bilik Günü ilə bağlı paylaşım
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
Premyer Liqa: V tura “Şəfa” – “Sabah” oyunu ilə yekun vurulur
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bülənt Ərsoyun milyonluq boyunbağısı - FOTO
Elgiz yeni verilişinin tarixini açıqladı
Tramp: "İranla münaqişə tezliklə bitəcək, neftin qiyməti düşəcək"
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var