Sumqayıtda 40 yaşlı şəxsi bıçaqlayıblar

21-06-2025, 10:35 267 dəfə baxılıb

 

Sumqayıtda 40 yaşlı şəxsi bıçaqlayıblar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında baş verən mübahisə ikinci bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031