Gömrük sisteminin GÖY ÜZÜNDƏKİ ÜZQARASI... - ƏSL TALAN VAR...

9-11-2026, 10:26 145 dəfə baxılıb

 

"Gömrük sistemində ən böyük özbaşınalıq, qanunsuzluq, talama faktları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində baş verir, desək, yanılmarıq. Bura Dövlət Gömrük Komitəsi adlı KOLXOZUN ən böyük BAZARLARINDAN biridir..."
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "DİA-AZ"a danışan mənbə olduqca ilginc iddialar səsləndirib.
Qeyd edək ki, sözügedən idarənin rəisi, general-mayor Anar Cahangirovun bu sistemin başında dayandığını iddia edən mənbə əslində, DGK şefi Şahin Bağırov da daxil hazırki gömrük başbilənlərinin ilginc bir sxemlə hərəkət etdiyini vurğulayır: "Yəni kənardan elə bir təəssürat yaradırlar ki, guya bunlar aydan arı, sudan durudurlar... Hər halda kimsə çörəyi qulağının dibinə yemir. Balıq başdan iyləndiyi kimi bu qurumda da bütün eybəcərliklər məhz başdan qaynaqlanır..."
Məlumatı verən mənbə xüsusi olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki "məhvetmə" prosesinə diqqət yetirməyin lazım olduğunu bildirir: "Bunun adı MƏHVETMƏDİR... əslində isə MƏNİMSƏMƏ baş verir... Ölkəyə gətirilən qanunsuz malların MƏNİMSƏNİLMƏSİ..."
Mənbə bildirir ki, orda məhv edilən ancaq bos qutular və istifadəyə yararsiz tullantı məhsullardır:
"Hec bir şey məhv edilmir... insanların əsəblərindən başqa.... Sanki çörəyi qulağımıza yeyirik. Araşdırsın hüquq-mühafizə orqanları... onda hər şey aydın olacaq. Amma görünəni odur ki, hələ maraqlı deyillər... Amma vaxtı gələcək onların da...
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri o qədər harınlayıblar ki, hətta bir-birilərinə müsadirə olunmuş bahalı malları hədiyyə etməkdən belə çəkinmirlər.
Hər gun hava limanında yeşiklərlə telefonlar, bahalı əşyalar tutulur. Onlarin aqibəti necə olur? Bilirsinizmi?
Hər bayram ərəfəsində yazıq polis işçiləri qadağan olunmuş pirotexniki vasitələrin küçədən yığışdırılmasına görə min bir əziyyət çəkirlər. Amma nə olsun... Bu, qarşısıalınmaz işə çevrilib. Çünki pirotexniki vasitələrin ölkəyə gətirilməsi bir ayrıca biznesdir.
***
Nazirlər kabinetinin qərarına görə hər bir vətəndas şəxsi istifadə ucun 3 blok siqaret, 1.5 litr alkoqollu içki və s. gətirə bilər. Hava nəqliyyatındakı "gömrükçü qoçular" insanları incidərək şəxsi çantalarını dağıdıb, hamısını götürürlər. Axşamları isə taladıqları məhsulları öz aralarında bölüşürlər. Təbii ki, bölüşdürülən "qənimətlər" arasında bahalı mallar da olur..."
Əlavə bilgilərimiz MÜTLƏQ OLACAQ.... BİZİ İZLƏYİN...
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30