DGK-da işçilərin primitiv hüquqları belə yox imiş... - DAHA BİR FAKT...

7-11-2026, 10:46 220 dəfə baxılıb

 

Dövlət Gömrük Komitəsində mövcud problemlərlə bağlı davamlı olaraq məlumatları diqqətinizə təqdim edirik. Burada maraqlı olanı odur ki, neqativ faktları ictimailəşdiririk, amma DGK rəhbərliyi tədbir görməyə yox, bu problemləri inkar etməyə üstünlük verir. Və həm də trollar hesabına... Sosial şəbəkələrdəki paylaşımlarımız davamlı olaraq trol xidməti hesabına inkar edilsə də, fakt faktlığında qalır.
"DİA-AZ" bildirir ki, əsas ağrılı olanı isə problemin də yerində qalmasıdır.... problemə çevrilmiş məmurların da...
Bu problemlərin məhz DGK şefi Şahin Bağırovdan qaynaqlanması səbəbindən hansısa tədbir xarakterli addım atılmır. Hər halda görünəni və anlaşılanı budur. Əks halda, Şahin Bağırov qeyd olunan faktlara tədbir amaclı yanaşması ilə diqqətə gələrdi.
Məsələn biz hazırda DGK-nın yerləşdiyi binanın inşası zamanı yol verilən yeyinti faktlarına diqqət çəkirik. Yeni binada işçilər üçün normal şəraitin olmamasından yazırır... Yeni binanın hətta özünün tikinti normativlərionə cavab verməməsi səbəbindən FHN tərəfindən müvafiq sənədlərinin verilməməsini bəyan edirik... Binada çalışanların ən primitiv şərtlərinin olmamasından, yeməkxananın işləməməsindən məlumat veririk....
Əvəzində isə hansısa rəsmi izahat verilmir... Əksinə "Şahin Bağırova şər atmayın" kimi absurd trol reaksiyalarını görürük.
İşçilər isə narahatdırlar.
Onlar "DİA-AZ"a bildirirlər ki, gerçəkdən də DGK daxilində "Gestapo rejimi" ab-havası var. Məlumatda deyilir: "Gündə 20 dəqiqə hava almaq üçün balkona çıxa bilirik. Əgər kimsə dronla yuxarıdan bizi müşahidə edərsə, onda görəcək ki, sanki türmədə dustaqlar kimi dövrə vururuq...
Allah eləməsin, qəza səraiti yaransa, binadan qacmaq mumkun deyil...
Binanın bütün ətrafına kiçik daşlarla yol çəkiblər. Hamımızın ayağı xəstə olub... yerimək mümkün deyil. Onunla belə deyirlər ki, düz ayaqqabı geyinmək olmaz... Xəstəlik vərəqəsi təqdim edək deyirik... "söhbəti uzatma" deyib başlarından edirlər. Sanki dustaq rejimindəyik..."
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30