Azərbaycandakı dövlət işçilərinin sayı açıqlandı

13-08-2025, 10:07 89 dəfə baxılıb

 

2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 770.8 min nəfər olub, onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 18.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.3 faizi təhsil, 13.8 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.7 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 14.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1 097.3 manat təşkil edib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031