Azərbaycanda orta aylıq əmək haqqı ARTIB

15-03-2025, 12:32 268 dəfə baxılıb

 

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal maaşı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 manat təşkil edib.

Yenisirvanli.İnfo.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,7%-i təhsil, 13,7%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 15%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930