Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha üç oyun keçiriləcək

3-12-2025, 12:18 116 dəfə baxılıb

 

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.


Yenisirvanli.info.az xəbər verir ki, günün ilk oyunlarında Şamaxı şəhər stadionunda "Şamaxı" - "Baku Sportinq", Quba Olimpiya Kompleksinin stadionunda isə "İmişli" - "Sabah" qarşılaşmaları baş tutacaq. Hər iki görüş saat 14:00-da start götürəcək.


Günün son oyununda isə "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq.


"Şamaxı" - "Baku Sportinq" cütünün qalibi növbəti raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "İmişli" - "Sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.


3 dekabr


14:00. "Şamaxı" - "Baku Sportinq"


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.


Hakim-inspektor: Əmrah İbrahimov.


AFFA nümayəndəsi: Eldəniz Musayev.


Şamaxı şəhər stadionu.


14:00. "İmişli" - "Sabah"


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.


VAR: Fərid Hacıyev.


AVAR: Vüqar Həsənli.


Hakim-inspektor: Zöhrab Qədiyev.


AFFA nümayəndəsi: Rüfət Əmirov.


Quba Olimpiya Kompleksinin stadionu.


19:00. "Qarabağ" - "Karvan-Yevlax"


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.


VAR: Rəşad Əhmədov.


AVAR: Emin Əliyev.


Hakim-inspektor: Şahin Cəfərov.


AFFA nümayəndəsi: Bəhram Qurbanov.


"Azersun Arena".


Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk günündə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib. Bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031