Misli Premyer Liqası: "Zəfər turu"nun növbəti oyunları keçirilir
Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun ikinci oyun günündə iki matç keçiriləcək.
Yenisirvanli.info.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.
Naxçıvan təmsilçisi 16 xalla altıncı, "Karvan-Yevlax" isə beş xalla on birinci pillədə qərarlaşıb.
Günün ikinci oyununda isə "Zirə" klubu "Turan Tovuz" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.
"Zirə" klubu 19 xalla sonuncu üçüncü, "Turan Tovuz" komandası isə 21 xalla birinci yerdədir.
Misli Premyer Liqası
XI tur
8 noyabr
15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:44. "Zirə" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: