Naxçıvanda qəzada ölən şəxslərdən biri nazirlik əməkdaşı imiş

15-08-2025, 10:14 181 dəfə baxılıb

 

Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı idi.

 

Qeyd edək ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.

 

Nəticədə Babək rayon Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Mərdan oğlu Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

 Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031