Gürcüstan 101 xarici ölkə vətəndaşını deportasiya etdi - aralarında azərbaycanlılar da var...

4-11-2026, 10:03 90 dəfə baxılıb

 

Son günlərdə 101 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Türkmənistan, Hindistan, Filippin, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Çin, Pakistan, Nepal, Keniya, Nigeriya, Əlcəzair və digər dövlətlərin vətəndaşları var.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bu günə qədər Miqrasiya Departamenti tərəfindən ölkədən çıxarılan əcnəbilərin ümumi sayı 3600 nəfəri ötüb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30