Gürcüstandan 31 nəfər çıxarılıb: Aralarında Azərbaycan vətəndaşları da var

11-11-2025, 13:22 106 dəfə baxılıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.


Məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları - ümumilikdə 31 nəfər - ölkədən çıxarılıblar.


Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.


Qeyd edək ki, bu il Gürcüstan Miqrasiya Departamentinin əməkdaşları artıq 1000-dən çox xarici vətəndaşı ölkədən çıxarıblar ki, bu da indiyədək rekord yüksək rəqəmdir və son üç ildəki ümumi deportasiyaların sayından xeyli çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930