Ermənistanda 12 müxalifət qüvvəsi ümummilli birlik yaratmaq barədə razılığa gəlib
Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının təşəbbüsü ilə keçirilən görüşdə parlamentdə təmsil olunan iki siyasi qüvvə də daxil olmaqla 12 müxalifət təşkilatı iştirak edib.
Görüş Rusiya əsilli iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana məxsus malikanədə keçirilib. Toplantıda parlamentdə təmsil olunan iki siyasi qüvvə də daxil olmaqla, 12 müxalifət təşkilatının nümayəndələri iştirak ediblər.
“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan bildirib ki, iştirakçılar bir sıra məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, əsas istiqamətlər üzrə səylərini birləşdirmək niyyətindədirlər.
Görüşün yekununda yayılan birgə bəyanatda müxalifət qüvvələrinin qarşıya qoyduğu əsas məqsədlər açıqlanıb. Bunlara Ermənistan Konstitusiyasının “məcburi” şəkildə dəyişdirilməsindən imtina, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olunması, milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması, eləcə də demokratik hüquq və azadlıqların bərpası daxildir.
İştirakçılar digər siyasi qüvvələri, ictimai xadimləri və tanınmış şəxsləri də konsolidasiya prosesinə qoşulmağa çağırıblar.
Məlumata görə, görüş Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə dair məhkəmə prosesi fonunda keçirilib. Bundan əvvəl onun rəhbərlik etdiyi partiyanın baş qərargahında da axtarışlar aparılıb. Karapetyanın vəkili Eduard Hovhannisyan həmin axtarışları qanunsuz adlandırıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: