Şirvanda məişət tullantılarına qarşı biganəlik: Zibillər daşınmaq əvəzinə yandırılır-VİDEO
Şirvanda məişət tullantılarına qarşı biganəlik: Zibillər daşınmaq əvəzinə yandırılır
kYeniSirvanli.İnfo.Az bildirir ki, Şirvan şəhərində məişət tullantılarının idarə olunması ilə bağlı narazılıq yaranıb.
İddialara görə, Şəhər Kommunal Təsərrüfatı İdarəsi tullantıların vaxtında daşınmasını təmin etmək əvəzinə, bəzi ərazilərdə zibillərin yandırılması ilə kifayətlənir. Beləliklə, problem həll olunmaq əvəzinə, ətraf mühit və sakinlərin sağlamlığı üçün əlavə təhlükə yaranır.
Məsələ ilə bağlı yayılan videoda şəhər sakini, Qatı Heydərçi Qurbanxan Dəmirov aidiyyəti qurumlara müraciət edərək problemin aradan qaldırılması üçün köməklik istəyir.
Görəsən, məsul qurumlar bu mənzərəyə nə vaxtadək biganə qalacaq?
Şirvan sakinləri tullantıların yandırılmasını deyil, vaxtında daşınmasını və təmiz şəhər mühitinin təmin olunmasını gözləyirlər.
YeniSirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: