Xərçəngin müalicəsində yeni ümid – Türkiyəli alimlərdən mühüm kəşf

11-11-2026, 09:00 138 dəfə baxılıb

 

Türkiyəli alimlər xərçəng müalicəsi üçün yerli istehsal olan dərmanların inkişafına əhəmiyyətli töhfələr veriblər.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti (BEÜ) və İstanbul Medipol Universitetindən olan tədqiqatçılar birgə səylə üç fərqli xərçəng növünü hədəf alan yeni dərmanların hazırlanmasında istifadə oluna biləcək kimyəvi birləşmələr əldə ediblər.

Sözügedən kimyəvi birləşmələr döş, prostat və ağciyər xərçəngi hüceyrələrinə qarşı təsirli ola bilər. Laboratoriya sınaqlarında müsbət nəticə verən kimyəvi molekullar milli və Avropa patentləri ilə qeydiyyata alınıb.

Araşdırmalar davam edir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30