Bakının bu əraziləri işıqsız qalacaq- XƏBƏRDARLIQ

2-11-2026, 08:20 60 dəfə baxılıb

 

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev və Tələt Qasımov küçələrində, Uluxanlı küçəsində, Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Qeyd olunub ki, təmir işləri elektrik enerjisinin keyfiyyətinin yüksəldilməsinə və artan yük tələbatının qarşılanmasına xidmət edir.



Yenisirvanli.İnfo.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30